İngiltərədə 2 qatar toqquşub.

Unikal.org "BBC"yə istinadən xəbər verir ki, hadisə Solsberi şəhəri yaxınlığında qeydə alınıb.

Qeyd edilib ki, hadisə zamanı 13 nəfər xəsarət alıb. Lakin onların xəsarətləri yüngüldür.

Qəza yerinə yanğınsöndürmə, hüquq-mühafizə orqanları və təcili yardım xidmətlərinin əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbi ilə bağlı təhqiqat aparılır.