Türkiyəli tanınmış aktrisa və rejissor Gönül Orbey vəfat edib. 

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Teatr Sənətçiləri Dərnəyi məlumat yayıb. Aktrisanın 84 yaşında dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, G.Orbey "Hababam sınıfı" ve "Süt kardeşler" kimi ekran işlərində rol alan usta aktyor Ergin Orbeyin həyat yoldaşı idi.