Rusiyada son sutka ərzində daha 40 402 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org-un verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanlar 8 554 192 nəfərə çatıb.

Son sutka ərzində 1155 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 239 693 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.