Aparıcı Şəhriyar Əbilov rəqqasə Oksana Rəsulova ilə ailə qurması şou aləmində gündəmə səbəb olub.
Unikal.org xəbər verir ki, aparıcı Oksana ilə evli olması xəbərinə sosial mediada yazılanlara cavab verib.
"Gözəl sözlərinizə görə təşəkkür edirəm. Yalanı doğrudan, pisi yaxşıdan ayırmağı bacaran insanlar, sənət dostlarımız, ağsaqqallarımız, minnətdaram. Bunu hansısa bir şou, reklam üçün səhifəmdə paylaşmadım. Minlərlə təbriklər gəlir. Hər şeyi görürəm, oxuyuram. Hər zaman gözəl ürəyə sahib olasınız", - deyə, Şəhriyar paylaşımında qeyd edib.
Qeyd edək ki, Oksana ilə Şəhriyar 4 il əvvəl ailə qurub. Onların osman adlı oğlu var.