Şimali Koreya lideri Kim Çen İn yeni qərarı ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, Kim atasının, nənə və babasının şəkillərini ölkənin hər yerindən yığışdırmağı tapşırıb ki, insanlar təkcə onu xatırlasın.
Bildirilib ki, bu, onun "ilahi lider" kimi görünmək istəyi ilə bağlıdır. O, hakimiyyətdə, eləcə də ölkədə təkcə özünün xatırlanmasını istəyir.
37 yaşlı diktator Pxenyanın əsas binalarından, dövlət müəssisələrindən və s. ölkənin qurucusu Kim İr Senin və onun sələfi lideri Kim Çen İrin portretlərini götüzdürüb. Qeyd edək ki, Kimin ailəsi uzun müddət əcdadlarına ehtiramları ilə tanınıb. Bu hərəkət isə olduqca unikaldır.
Onu da deyək ki, Ş.Koreya liderinin yeni ideologiyasına "Kimçeninizm" də deyilir.
Ağarza ELçinOğlu