Gürcüstanın Zuqdidi şəhərində etiraz aksiyası keçirilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, rayon administrasiyasının binasının qarşısında keçirilən aksiyada polislə etirazçılar arasında toqquşma baş verib.
Etirazçıların əsas tələbi keçmiş prezident Mixail Saakaşvilinin həbsdən azad edilməsidir.
Aksiya iştirakçıları administrasiya binasına daxil olmaq istəsələr də, polis buna imkan verməyib.