Ukrayna Ali Radasında gərgin anlar  yaşanıb.  

Unikal.org xəbər verir ki, prezident Vladimir Zelenskinində  yer  aldığı  iclasda  erməni  əsilli deputat qeyri-etik hərəkətinə  görə qovulub. 

Belə  ki, hakim Xalqın Xidmətçisi Partiyasından olan erməni əsilli deputatı Qeo Leros parlamentdə çıxışı zamanı Zelenskini  tənqid edib. O, həmçinin də,  Ukrayna liderini satqın adlandırıb.

“Demək istəyirəm ki, həqiqəti deməkdən qorxmuram. İstədiyin qədər hüquq-mühafizə orqanlarını üstümə göndərə bilərsən, iş aça bilərsən, amma mən həqiqəti deməkdən qorxmuram”, - erməni deputat bildirib

Mikrofonu söndürüldükdən sonra o, Zelenskiyə "orta barmaq" işarəsi göstərib.

Xalqın Xidmətçisi fraksiyasından olan deputatlar onun bu çıxışının yolverilməz olduğunu bildiriblər və qeyd ediblər ki, hadisə reqlament komitəsində müzakirəyə çıxarılacaq.