Mingəçevirdə yol qəzası olub.

Unikal.org xəbər verir ki, hadisə 20 Yanvar küçəsində baş verib. “VAZ 2106” markalı maşın dayanıqlı vəziyyətdə olan “KİA” markalı avtomobilə çırpılıb.Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan şəhər sakinləri – 1999-cu il təvəllüdlü Cəfərov Məmməd Əvəz oğlu və 1986-cı il təvəllüdlü Lətifov Ceyhun Sədrəddin oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.