Türkiyənin ən reytinqli seriallarından biri olan "Sadakatsiz"ə cinayət işi açılıb.
Unikal.org xəbər verir ki, ölkənin Sənəd kadastrı Baş İdarəsi (TKGM) Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK-a müraciət edib. Eyni zamanda, torpaq reyestrinin işçilərinin bağlı olduğu Bayındır Memur-Sen də ölkənin Baş Prokurorluğunda cinayət işi qaldırıb.
Buna səbəb serialdakı bir səhnənin qurum işçilərinin şübhə altına alınmasına səbəb olub. Müraciətdə yayımla bağlı lazımi hüquqi tədbirlərin görülməsi üçün ekran işinin yayımlandığı "Kanal D"yə xəbərdarlıq göndərildiyi bildirilib.
Bayındır Memur-Sen tərəfindən verilən açıqlamada isə sözügedən serialda rüşvət qarşılığında xidmət göstərən "məmurun" səhnələşdirildiyi qeyd olunub. Bu da əməkdaşlara və quruma rüşvət damğası vuraraq ictimaiyyət qarşısında alçaldıb deyə, bildirilib.