Şəxsi həyatı ilə yanaşı karyera uğurları ilə də gündəmdən düşməyən Serenay Sarıkaya yenidən diqqət  çəkib. 

Unikal.org xəbər verir ki, bu dəfə türkiyəli aktrisanın sevgilisi olduğu iddia edilən Umut Evirgen açıqlama yayıb. Belə ki, məşhur iş adamı qonaq olduğu verlişlərin birində Serenay Sarıkaya ilə sevgili olduqlarını təsdiq edib.  

O,  uzun müddətdir ki, Serenayla birlikdə olduqlarını  deyib.

Qeyd edək ki, 2 ay əvvəl Umutla eşq iddiası yayılan Sarıkaya, "Yox dostlar, dediyiniz kimi; bunlar iddiadır... Belə şeylərlə, bu xəbərlərlə məşğul olmaqdan bezmişəm", - deyə  açıqlama vermişdi. 

Serenay Sarıkaya məşhur komediya ustası  Cem Yılmazla  sevgili  olub.