Gürcüstanda ötən sutkada koronavirusa 4 104 yeni yoluxma halı təsdiqlənib, 4 627 nəfər müalicə olunaraq sağalıb, 67 virus xəstəsi vəfat edib.
Unikal.org xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumata görə, indiyədək Gürcüstanda COVID-19 infeksiyası 752 855 nəfərdə aşkarlanıb. Onların 688 781-i sağalıb, 10 435-i isə dünyasını dəyişib.
Bu günə olan aktiv xəstə sayı 53 613 nəfər təşkil edir.