Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə 8 noyabr-Zəfər Günündə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Xocasən gölü ətrafında ağacəkmə aksiyası keçirilib.

Unikal.org xəbər verir ki, nazirliyin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə  keçirilən ağacəkmə kampaniyası zamanı 2 hektar ərazidə 2000 ədəd  Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində  əkilən ağaclar ETSN-in tinglik sahələrində yetişdirilib.