Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili saxlanıldığı 12 saylı Rustavi Cəzaçəkmə müəssisəsindən helikopterlə naməlum istiqamətə aparılıb.
Unikal.org xəbər verir ki, bu barədə M. Saakaşvilinin anası Giuli Alasania açıqlama verib.
Bildirib ki, M. Saakaşvilinin daha müasir tibbi avadanlıqlarla təchiz edilmiş Qori hərbi hospitalına aparıldığını ehtimal edir.
Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilən sabiq Prezident M. Saakaşvili 39 gündür aclıq aksiyası keçirir.