Nigerin cənubundakı Maradi şəhərində samandan tikilmiş məktəbin üç binası yanıb.

Unikal.org xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Hadisə nəticəsində azı 24 şagird həlak olub. Daha 80 nəfər ağır yanıq xəsarətləri alıb. Yanğının başvermə səbəbləri araşdırılır.