Türkiyənin Konya vilayətində 5.1 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 20:43-də qeydə alındığını açıqlayıb.
Zəlzələ Konyanın Meram rayonunda yerin 10,61 kilometr dərinliyində baş verib.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.