Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyanın telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, nazirlər 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatının qəbulunun ildönümü ərəfəsində fikir mübadiləsi aparıblar. 

XİN rəhbərləri regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.