Rusiyada son sutka ərzində daha 39 160 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 8 873 655 nəfərə çatıb.

Son sutka ərzində 1211 nəfərin koronavirusdan öldüyü bildirilib. Pandemiya dövründə ölüm halında maksimum göstərici qeydə alınıb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 249 215 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.