Kocaelinin Gebze rayonunda yoldan çıxan tələbə avtobusu dərəyə aşıb. 

Unikal.org xəbər verir ki, qəzada ikisi tələbə olmaqla 3 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Əraziyə çox sayda xilasedici, təcili yardım və polis qrupları sövq edilib.

Bildirilib ki, avtobus yola çıxan qadını vurduqdan sonra idarəetməni itirib və tərs istiqamətdə dərəyə düşüb.