Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya yola düşüb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Karapetyan MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının noyabrın 10-da Rusiya paytaxtında keçiriləcək növbəti iclasında iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da bu görüşdə iştirak etmək üçün bu gün Moskvaya gedib.