"Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,46% artaraq bir barel üçün 83,81 ABŞ dollarına yüksəlib.
Unikal.org xəbər verir ki, WTI markalı neftin dekabr fyuçersləri Nyu-York əmtəə birjasında 82,75 ABŞ dolları təşkil edib.
Ekspertlər, 2022-ci ilin birinci yarısının sonunda "Brent" neftinin qiymətinin bir barel üçün 120 ABŞ dolları olacağını proqnozlaşdırırlar.