Meksikada 12 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat  hadisəsi  baş verib.  

Unikal.org xəbər  verir ki, hadisə Çiapas ştatının Palenque şəhərində qeydə alınıb. Belə ki, mikroavtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobus alışmağa başlayıb.  Nəticədə  9 sərnişin yanaraq  ölüb. Digər nəqliyyat vasitəsində olan şəxslərdə həyatlarını  itiriblər.

Əraziyə  xilasedici  qüvvələr cəlb olunub.  Qəza ilə bağlı cinayət  işi açılıb.