Dünyanın ən çirkli şəhəri - Qırğızıstanın paytaxt şəhəri seçilib.
Unikal.org xəbər verir ki, bu barədə məlumat "Dünya Hava Keyfiyyəti" layihəsinin saytında dərc olunub.
Saytın məlumatına görə, noyabrın 8-nə Bişkek havasında PM2.5 kiçik hissəciklərinin konsentrasiyası 294 mikroqram/kubmetr təşkil edib ki, bu da beynəlxalq normadan 10 dəfə çoxdur. Növbəti ən çirkli şəhər Hindistanın Dehli olub. Dehli havasında incə hissəciklərin konsentrasiyası 261 mikroqram/kubmetr təşkil edib. Üçüncü yeri Pakistanın Lahor şəhəri tutur.