Rusiyada son sutkada koronavirusa yoluxanların sayı daha 39 160 nəfər artaraq, 8 873 655 nəfərə yüksəlib.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 32 036 nəfər sağalıb və bu baxımdan ümumi say 7 619 596 nəfərə çatıb.

COVID-19-a yoluxmuş 1 211 nəfər dünyasını dəyişib. Pandemiya baş qaldırandan indiyədək Rusiyada koronavirus səbəbindən ölənlərin ümumi sayı 249 215 nəfər təşkil edir.