"Show TV"  ekranlarında yayımlanan  "Üç Kuruş" serialı dayandırıla bilər.  

Unikal.org xəbər  verir  ki,  buna səbəb  ekran işində qaraçılara qarşı ayrıseçkilik edildiyi və alçaldıcı ifadələr ehtiva edən sözlər işlədildiyi bildirilib. Həmin  səhnələrə görə  də Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK-ə şikayət edilib.

Belə  ki, etnik qrupun nümayəndələri masada əyləşib həyatlarından xəbərsiz olduqları insanların onlar haqqında ssenari yazması və ekranlaşdırılması birmənalı qarşılanmayıb. Onlar ekran işinin yayımdan qaldırılmasını tələb edib.

Müvafiq qurumlardan verilən açıqlamalarda serialın növbəti bölümlərinin nəzarət altına alınacağı bildirilib.

Qeyd edək ki, ekran işinin baş rollarını Uraz Kayqılaroğlu, Nəsrin Cavadzadə, Ekin Koç və Aslıhan Malbora paylaşır.