Bu gün səhər saatlarından etibarən Tbilisidə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında etiraz aksiyası keçirilir.
Unikal.org xəbər verir ki, etirazçılar keçmiş Prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunmasını tələb edirlər.
Əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Aksiyada etirazçılar və polis arasında qarşıdurma baş verib. Nəticədə 46 nəfər inzibati qaydada saxlanılıb.
Qeyd olunub ki, həmin şəxslər inzibati orqanların binalarına girişi bağlamaq və onların fəaliyyətlərini dayandırmağa cəhd ediblər.