"Netflix"də yayımlanan Cənubi Koreya istehsalı olan "Squid Game" serialının pərəstişkarlarına şad xəbər var. 

Unikal.org xəbər verir ki, bütün dünyada böyük izləyici kütləsi qazanan "Squid Game" serialının ikinci sezonu çəkiləcək. Belə ki,  Los-Ancelesdə serialın  xüsusi nümayişi zamanı danışan rejissor Hvanq Donq-hyuk “"Squid Game"çox populyar olub və ikinci sezona böyük tələbat var” ,- deyə  açıqlama  verib. 

İkinci  sezonu  çəkiləcək serial barəsində "Netflix" hələlik rəsmi açıqlama verməyib.