Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin təklif edib ki, AB ölkələri ilə Minsk arasında Belarus, Polşa və Litva sərhədində yaranan problemlər birbaşa təmaslar vasitəsilə müzakirə olunsun.

Qeyd edək ki, hazırda Belarus-Polşa sərhədində 2 mindən çox miqrant cəmləşib.