Gəlirinin böyük hissəsini rəqəmsal reklamlardan əldə edən "Facebook" reklam siyasətini dəyişir.
Unikal.org xəbər verir ki, sui-istifadə ilə bağlı narahatlıqları dilə gətirən şirkət “həssas” mövzularda reklamlara icazə verməyəcək.
Bir müddət əvvəl adını “Meta” olaraq dəyişdirən şirkət “Ağciyər xərçənginə qarşı maarifləndirmə”, “Ümumdünya Diabet Günü”, “Yəhudi bayramları” kimi reklamlara icazə verilməyəcəyini açıqlayıb.
Dəyişiklik 19 yanvar 2022-ci il tarixindən aktivləşəcək.