Güclü külək nəticəsində qopan dam örtüyü Abşeron sakininin qarnını deşib.
Unikal.org xəbər verir ki, hadisə Güzdək qəsəbəsində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Rahib Nehmətov 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, R.Nehmətov küçədə gəzərkən güclü külək nəticəsində evdən qopan dam örtüyünün bir parçası onun qarnına batıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.