Türkiyənin Uşak bölgəsindəki bir binada yanğın olub.

Unikal.org xəbər verir ki, zirzəmidə başlayan yanğın genişlənərək ətrafa qatı tüstü buraxıb. 

Həmin anda bir diqqətçəkən məqam qeydə alınıb. Belə ki, evi yanan şəxs oradan başqa dəyərli əşyaları yox, "Linda" adlı itini çıxarmaq üçün yanan evə girib. Sözügedən it sahibi və yanğınsöndürənlər tərəfindən xilas edilib. Ona nəfəs ala bilməsi üçün resperator taxılıb.