Gürcüstanda ötən sutkada daha 4 563 nəfərdə koronavirus aşkarlanıb, 4 744 nəfər müalicə olunaraq sağalıb, 77 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Gürcüstanda indiyədək COVID-19 infeksiyasına 771 381 nəfərin yoluxduğu müəyyən edilib. Onların 705 312-si sağalıb, 10 739-u isə dünyasını dəyişib.