İrəvanda gecə saatlarında oğurluğa gedən şəxs 4 nəfərin ölümünə səbəb olub.
Unikal.org news.am-a istinadən xəbər verir ki, insident Kanaker adlı qəsəbədə qeydə alınıb. Belə ki, evə oğurluğa gələn şəxslə ev sahibi arasında əlbəyaxa dava olub. Bu zaman oğru üzərində daşıdığı silahla ev sahibini güllələyib. Silah səslərinə ev sahibinin oğlu və dostu gəlib. Oğru onları da güllələyib. Bundan əlavə oğru mühafizəçi şəxsi ağır yaralayıb.
Atışma səsləri ilə bağlı əraziyə polis cəlb olunub. Məlum olub ki, oğru keçmiş deputat Artuş Simonyanın evinə girib. Polis evdə 4 nəfərin cansız bədənini aşkar edib. Belə ki, deputat və oğlu aldığı silah yarasından yerindəcə keçinib. Deputatın qonağı olan “Kanakerçi Tuy” adı ilə tanınan məşhur kriminal avtoritet Artur Kazaryan və mühafizəçi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Oğru isə hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
Qeyd edək ki, Artur Kazaryan 44 günlük müharibədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalı altında qalması uğrunda silahlı dəstələrin birində vuruşub. Bu ilin fevral ayında isə ölkənin Baş naziri Nikol Paşinyan Kazaryanı “Döyüş silahı” medalı ilə mükafatlandırıb.
Gülayə Mecid