Arnavutköydə mağazaya girən fırıldaqçılar kassirin fikrini yayındıraraq 800 lirə (təxminən 137 manat) pul oğurlayıblar.
Unikal.org xəbər verir ki, haqlarında xəbərlərin yayıldığını görən 3 oğru yenidən mağazaya gələrək peşiman olduqlarını bildiriblər. Onlar kassirə oğurladıqları pulun iki qatını verərək halallıq istəyiblər.
Pulun iki qatını geri qaytaran şəxslər quru meyvə satıcısından polisə şikayət etməməyi xahiş ediblər.
Mağaza sahibi Yusuf Kaya bildirib ki, haqqını onlara halal etmir:
"Kassirimizi günahlandırmadıq. Çünki oğrular işlərini yaxşı bilirdi. Bizim mağazamız işləkdir. Amma onlar pulu digər mağazadan oğurlasaydı ciddi ziyan verə bilərdilər".
Ağarza ELçinOğlu