Meksikanın paytaxtı Mexiko şəhəri dünyanın ən çox pulsuz internet nöqtələrinə malik şəhər kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Unikal.org xəbər verir ki, Mexiko 21500 pulsuz internet sayı ilə Moskva, Seul və Tokionu geridə qoyaraq dünyada birinci olub.

Ginnesin Rekordlar Kitabının sertifikatı şəhər valisi Klaudiya Şeynbauma təqdim edilib.