"Azərbaycanın gömrük keçid məntəqəsi Ermənistan ərazisində deyil".
Unikal.org xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasında Azərbaycanın Gorus-Qafan yolunun problemli hissəsində gömrük-keçid məntəqəsinin yaradılması ilə bağlı dünənki qərarını şərh edərkən bildirib.
"Fərziyyələrə yol verməmək üçün xatırlatmaq və diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan keçid məntəqəsi Ermənistan Respublikası ərazisində deyil. Söhbət Eyvazlı bölgəsindən gedir. İndi sual yarana bilər ki, danışıqlar aparmaq mümkün olmayıb ki, yüklərə və Ermənistan vətəndaşlarına sərhəd nəzarəti həyata keçirilməsin. Mümkün idi, lakin dəhlizin keçid qiymətləri bizim üçün qəbuledilməzdir", - deyə Baş nazir bildirib.
O, Ermənistanın 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının, xüsusilə də regionun bütün nəqliyyat və iqtisadi kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı müddəalarına sadiq qaldığını açıqlayıb:
"Bundan başqa, biz regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıyıq və üçtərəfli işçi qrupunda razılaşdırılmış və elan edilmiş prinsiplər əsasında gələcəkdə konkret həllərin əldə olunmasına ümid edirik".
Ağarza ELçinOğlu