ABŞ-ın Alabama ştatında 21 həftəlik doğulan oğlan uşağı dünyanın ən vaxtından əvvəl doğulmuş insanı kimi rekordlar kitabına düşüb.
Unikal.org xəbər verir ki, Kartis Means adlı oğlan keçən il Alabama ştatının Birmingem şəhərində cəmi 420 qram ağırlığında anadan olub.
Anası Mişel Butler hamiləliyinin 21-ci həftəsində sancılarına görə xəstəxanaya yerləşdirilib. Səhəri gün isə əkiz oğlan uşaqları dünyaya gətirib. Lakin əkizlərdən biri ölüb. Kertis isə sağ qalmağı bacarıb.
Hazırda 1 yaş 3 aylıq olan körpə dünyada bir ilk olduğuna görə Ginnesin Rekordlar kitabına düşüb.