Ermənistanda həbsdə olan Aruş Aruşanyan Gorus icmasının rəhbəri seçilib.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, seçkilər yeni Ağsaqqal Şurasının ilk iclası zamanı keçirilib.
Qeyd edək ki, Aruşanyan Gorusun meri olaraq iyulun 16-sı həbs olunub. O, səsvermənin gizliliyini pozmaqda, seçici hüquqlarının həyata keçirilməsinə mane olmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, qanunsuz sahibkarlıqda iştirakda, həmçinin dələduzluqda ittiham olunur.