Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə telefonla danışıb.

Unikal.org xəbər verir ki, bu barədə Zelenski özünün Tvitter hesabında paylaşım edib. 

“Qaribaşvili ilə telefon söhbətində dedim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir”, - deyə Zelenski belə yazıb.

O, Qaribaşvilidən Mixeil Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin onu ziyarət eməsinə şərait yaratmağı xahiş edib.