Türkiyənin Trabzon şəhərində polis azərbaycanlı qadınların olduğu evə basqın edib.
Unikal.org xəbər verir ki, Trabzon Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyinə bağlı Etika Büro Komandirliyi qrupları, sosial şəbəkələrdə qadın alveri ilə məşğul olduğu bildirilən qadınların yaşadığı evdə əməliyyat keçirib. Basqın nəticəsində Azərbaycan vətəndaşı olan qadınlardan biri saxlanılıb. Digəri isə polisdən qaçmağa çalışıb. O, birinci mərtəbənin eyvanından özünü aşağı atıb. Nəticədə qadın baldır sümüyünü sındırıb.
Polis qadınları və digər şəxsləri bölməyə aparıb. 2 azərbaycanlı qadının ifadələrindən sonra deportasiya ediləcəkləri bildirilib.
Onlar barəsində araşdırma aparılır.