"Taliban" Əfqanıstanda olan bütün kinoteatrları bağlayıb.
Unikal.org xəbər verir ki, ölkədə neçə onilliklər idi fəaliyyət göstərən "Ariana" adlı kinoteatr da fəaliyyətini dayandırıb.
"Ariana"da hind və Amerika filmləri göstərilirdi. "Taliban"nın fikrinə görə, həmin filmlər şəriət normalarına uyğun deyil.
Məlumata görə, kinoteatrlar bir müddət bağlı olacaq. Sonra onlar dini təbliğatlar üçün fəaliyyət göstərəcək.