Rusiyanın Dağıstan Respublikasının Ameterkmahi kəndində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir  ki, silahlı insident nəticəsində kənd məscidinin imamı ölüb, iki nəfər yaralanıb.

Hücum edən şəxs də zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.