Belarusun Qrodno şəhəri yaxınlığında keçirilən hərbi təlim zamanı Rusiya ordusunun 2 hərbi qulluqçusu həlak olub.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbçilər paraşütlə eniş edən zaman güclü külək başlayıb, ehtiyat paraşüt açılmayıb və onlar yerə çırpılıblar.
Həlak olan hərbçilərin müqaviləli olduğu bildirilir.