Bakıda tükürpədici hadisə baş verib. Ona işgəncə verən anasının əlindən qaçan 10 yaşlı qızın danışdıqları eşidənləri dəhşətə gətirib.
Unika.org xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib:
"Polis tərəfindən gətirilən 10 yaşlı qızımız sığınacağa yerləşdirildi. Qızımızın atası başqa qadınla evlidir və ayrı yaşayır. Anası isə narkotik istifadəçisi olduğundan qızı evdən çıxararaq ona hardan olursa olsun pul gətirməsini tələb edib.
Azyaşlı dəfələrlə buna qarşı çıxmağa çalışıb və çox pis şəkildə döyülüb. Qızımız bildirir ki, hətta ona bıçaqla belə xəsarət yetirib. İndiyədək anasının narkotikini qarşılamaq və döyülməməsi üçün çalışan qız sonda bezərək polisə müraciət edib. Qızın heç bir sənədi, təhsili, tibbi kartı yoxdur. İlk növbədə sənədləri hazırlanacaq və təhsilini bərpa etməyə çalışacağıq".