"Sumqayıtda itkin düşən 13 yaşlı Quliyev Elcan Elmar oğlu paytaxtın Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapıldı".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a məlumat verib. Bildirib ki, hazırda Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcəkdir.

*** 19:26

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda itkin düşən 13 yaşlı oğlanla məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Sumqayıt şəhəri, 12-ci kvartal adlanan ərazidə 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

“Hazırda Elcan Quliyevin tapılması istiqamətində polis əməkdaşları tərəfindən intensiv-axtarış tədbirləri davam etdirilir”, - qeyd olunub.