Braziliyanın San-Paulu ştatında avtobus qəzaya düşüb.

Unikal.org xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Qeyd olunub ki, turistləri daşıyan avtobusun aşması nəticəsində 5 nəfər ölüb, 34 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb. Qəzanın başvermə səbəbi araşdırılır.