Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 215 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 583 nəfər COVID-19 infeksiyasına yoluxub, 25 254 nəfər isə sağalıb.