Aktrisa Gökçe Akyıldız uzun aradan sonra ekranlara qayıdır.
Unikal.org xəbər verir ki, aktrisa baş rolunu Sevda Ergincinin canlandırdığı "El kızı" serialının heyətinə daxil olub.
O, ekran işi ilə bağlı bu fikirləri səsləndirib: "Güclü bir qadının hekayəsinin parçası olmaq mənim üçün çox özəldir. İzləyicilərə dərindən təsir etməyi bacaran "El kızı"nın yeni bölümləri ilə uğurlarının daha da artıracağına ümid edirəm”.
Qeyd edək ki, G.Akyıldız sonuncu dəfə "Kırgın çiçekler" serialında "Songül" obrazını canlandırıb.