İranda 6,1 maqnitudalı zəlzələdən 1 dəqiqə sonra 6,4 maqnitudalı daha bir zəlzələ olub.
Unikal.org xəbər verir ki,  bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Zəlzələ nəticəsində torpaq sürüşməsi baş verib.
Zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
Qeyd edək ki, bundan öncə İranda 6,1 maqnitudalı zəlzələ baş verdiyi bildirilmişdi.

xxx

11:56

İranda 4,5 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar Fars əyalətində baş verib.

Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.