Şuşa ətrafında Azərbaycan hərbçilərinə qumbara ataraq təxribat törətməyə çalışan Norayr Mirzoyana mükafat veriləcək.

Unikal.org xəbər verir ki, Arşak Zakaryana aid "Ermənistan Milli Qvardiyası" adlı QHT bu gün özünün "Facebook" səhifəsində N.Mirzoyana 1000 dollar mükafat verəcəyini bildirib. 

Bildirilib ki, sözügedən məbləğ onun ailəsinə təqdim olunacaq.

Onu da qeyd edək ki, terrora cəhd edən erməniyə mükafat verilməsi əsl erməni xislətini bir daha göstərir. 

Ağarza Elçinoğlu