Avstriyada koronavirus vaksini vurdurmayanlar üçün küçəyə çıxma məhdudiyyəti tətbiq ediləcək.
Unikal.org xəbər verir ki, bunu ölkənin Baş naziri Aleksandr Çallenberq keçirdiyi brifinqdə açıqlayıb.
Qeyd olunub ki, məhdudiyyət sabahdan qüvvəyə minəcək:
"Sabahdan etibarən 12 yaşdan yuxarı və vaksin vurdurmamış şəxslərin küçəyə çıxmasına məhdudiyyət qoyulacaq".
Baş nazir vətəndaşları peyvənd olunmağa çağırıb:
"Vaksinli şəxslərlə vaksin vurdurmayanlar eyni kateqoriyada dəyərləndirilməyəcək. Görülən tədbirlər vaksinasiyanın təşviq edilməsini hədəfləyir.
Qaydalara riayət olunub-olunmamasına güc strukturları nəzarət edəcək. Tədbirlərə riayət etməyənlərə cəza tətbiq olunacaq".
Brifinqdə qeyd edilib ki, koronavirusun dördüncü dalğası ölkəni təsiri altına alıb.